SOCAR “Azəriqaz” İB-nin “Səyyar qəbul otağı” Neftçala rayonunun sakinlərinin ixtiyarında olub.
Qanunla.Az xəbər verir ki, aksiyada ümumilikdə 6 müraciət ünvanlanıb. Sakinlər qaz sayğacının yenisi ilə əvəzlənməsi, qaz xəttinin yerinin dəyişdirilməsi və yeni yaşayış massivində məhəllənin qazlaşdırılması kimi müraciətlərlə çıxış ediblər. Görüşdə səsləndirilən hər bir müraciət Salyan RQİİ-nin rəhbər şəxsləri tərəfindən dinlənilib. Bəzi problemlər araşdırılması üçün qeydə alınıb.