image-qanunla-reklam
image-1722694211_b

Adəm Məmmədov həmkarının həyat yoldaşını bıçaqlaması haqqında tibb sənədini məhkəməyə təqdim etdi – FOTOFAKT

image-lady-day-az

Dünən Nərimanov rayon məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə tanınmış vəkil Adəm Məmmədova qarşı onun vəkil həmkarı Ceyhun Yusifovun xüsusi ittiham qaydasında qaldırdığı iddia üzrə növbəti məhkəmə prosesi keçirilib.

Ceyhun Yusifov həmkarının ona böhtan atdığını bildirir və Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsilə cinayət məsuliyyəti üzrə cəzalandırılmasın istəyir.

Qanunla.Az “Azərbaycan Reallığı” -a istinadən xəbər verir ki, Prosesdə ilk olaraq Adəm Məmmədov həmkarı Ceyhun Yusifovun həyat yoldaşını bıçaqlamasını təsdiq edən tibbi sənədi təqdim edib.

Məlum oldu ki, Ceyhun Yusifovun həyat yoldaşına bıçaq xəsarətləri yetiriləndən sonra, onu 3 saylı xəstəxanaya yerləşdiriblər.

Məhkəməyə təqdim edilən sənəddən görünür ki, Ceyhun Yusifovun həyat yoldaşı bıçaqlandıqdan sonra 5 gün xəstəxanada yatıb, eləcə də həyat yoldaşı tərəfindən bıçaqlandığını etiraf edib.

Sözügedən sənəd məhkəməyə təqdim edildikdən sonra Ceyhun Yusifovun vəkilləri ilə Adəm Məmmədov arasında gərginlik yaranıb. Daha sonra Adəm Məmmmədov sərbəst ifadə verib.

Növbəti məhkəmə prosesi 16 avqust saat 15:00-də keçirilək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki