image-qanunla-reklam
image-84808214_2526609797466903_1295758798178222080_n

Adəm Məmmədov:Platformamızda da Zərdablıların istəkləri gözləntiləri öz əksini tapır

image-lady-day-az

Qanunla.az xəbər verir ki, növbəti görüşlərdən biri Zərdab rayonun Alıcanlı kəndində baş tutub. Görüşə gələn sakinlər Vəkil Adəm Məmmədova kəndlərinə gəldiyinə görə ona təşəkkür ediblər.Çoxsaylı seçicilərin fəallığı ilə müşayət olunan görüşdə deputatlığa namizəd Adəm Məmmədovun vəkilləri Şirvani Hümmətoğlu və Muxtar Əlizadə namizədin bioqrafiyası və keçdiyi həyat yolunun vacib məqamları üzərində dayanıblar.
Adəm Məmmədov Qanunla.az-a bildirib ki,vətəndaşlarla kütləvi görüşlərimiz davam edir və hər gün onlarla təmasdayıq.Bu, bizə yetkin platforma hazırlamaq üçün vacib idi və düşünürəm ki, platformamızda da Zərdablıların istəkləri, gözləntiləri öz əksini tapır. Təşviqat dövründə də onlarla görüşlərimiz olduqca sıx intervalla davam edir, evlərdə, məhəllələrdə, müxtəlif yerlərdə bu görüşlər və müzakirələrimiz davam edir.Seçicilər Vəkil Adəm Məmmədovun  fəaliyyətini yüksək qiymətləndirərək, qarşıdan gələn parlament seçkilərində ona səs verəcəklərini söyləyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki