image-qanunla-reklam
image-1726124763_1591598137_103271480_2659856827454101_6390878780587061346_n

Adı 1 milyon manatlıq dələduzluqda hallanan iş adamı həbs edildi

image-lady-day-az

Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.

Qanunla.Az xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun gizləndiyi yer müəyyən olunub.

Müqayis Verdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim olunub.

Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətində istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.

Qeyd edək ki, Müqayis Verdiyev əvvəllər də məhkum olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki