image-qanunla-reklam
image-183158565_6003936859620110_5375429313163690197_n

ADPU Quba filialında Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə əlaqədar elmi praktik konfrans keçirilib-FOTO

image-lady-day-az
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Heydər Əliyev-98: Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinin əsasıdır” mövzusunda onlayn elmi praktik konfrans keçirilib.
Konfransın təşkilində məqsəd ADPU Quba filialının ümummilli liderin multikulturalizm və azərbaycançılıq ideologiyalarına dəstəyi, bu ideologiyaların müxtəlif istiqamətlərdə tədqiq edilməsi olub. Bu səbəbdən də konfransın Təşkilat Komitəsinə YAP Gənclər Birliyi, Quba, Qusar, Zərdab və Samux rayonlarının Heydər Əliyev Mərkəzləri də qoşulub.
Tədbir ADPU Quba filialının direktoru dosent Y.Alıyevin “Böyük ömrün səlnaməsi” mövzusunda çıxışı ilə başlayıb. Direktor bu günədək 8 Mayın Şuşanın işğalı günü kimi qeyd edildiyini, lakin Ali Baş Komandan və Azərbaycan Ordusunun səyləri nəticəsində Şuşanın azad edildiyini vurğulayıb. Tədbir iştirakçılarını H.Əliyevin və Şuşa uğrunda canlarından keçənlərin xatirəsini birdəqiqəlik sükutla yad etməyə çağırıb. Daha sonra direktor H. Əliyevin misilsiz xidmətləri barədə qısa məlumat verib. Bildirib ki, onun fəaliyyəti millilik, vətənə bağlılıq, azərbaycançılıqla bağlı olub. Y. Alıyev ümummilli liderin fəaliyyət göstərdiyi vəzifələr, dövrün siyasi mənzərəsi barədə məlumat verib. Onun bir sıra ziyalıları SSRİ-nin sərt təbliğat maşınından qoruması, fəaliyyəti nəticəsində qısa müddətdə Azərbaycanın SSRİ səviyyəsində tanınan, multikultural ölkəyə çevrilməsi, kənd təsərrüfatının inkişafı, valyuta gəlirlərinin artması, kənd təsərrüfatı rentabelliyinin birə yüz artması kimi məqamları qeyd edib. Bildirib ki, H. Əliyev təyin olunduğu bütün vəzifələrin öhdəsindən qısa müddətdə gəlməyi bacarıb. Hətta Türkiyə arxivlərində ondan “Dev Türk” deyə bəhs edilib. Direktor Heydər Əliyevin bacarıqları sayəsində Naxçıvanın ərazi bütövlüyünün qorunmasını da vurğulayıb. Söyləyib ki. H. Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə siyasi sabitlik və iqtisadi dirçəlmənin əsası qoyulub. Onun sayəsində siyasi varisin yetişməsi isə Azərbaycana böyük töhfə hesab edilir. Direktor filialın daim azərbaycançılıq və multikulturalizm ideologiyalarını dəstəkləyəcəyini deyib və konfransın işinə uğurlar arzulayıb.
Tədbirdə moderatorluğu filialın Vətənpərvərlik klubunun sədri Aytac Səlimova və sədr müavini Ema Rzayeva edib.
Daha sonra Heydər Əliyev dühası ilə canlı görüşmüş ziyalımız, Quba rayon Heydər Əliyev Mərkəzinin direktoru Elza Orucova “Heydər Əliyev nadir şəxsiyyət idi” mövzusunda məruzə edib. Ümummilli liderin fəaliyyətinin çox ağır dövrə təsadüf etdiyini, buna baxmayaraq onun rəhbərliyi ilə ölkənin hərtərəfli inkişafını diqqətə çatdırıb. Bildirib ki, Heydər Əliyevin sayəsində enerji alan ölkə enerji satmağa başlayıb. Elza Orucova ümummilli liderin Quba rayonunun inkişafı ilə bağlı veridyi qərarlardan söz açıb. Bildirib ki, onun 1974-cü ildə bağçılığın inkişafı ilə verdiyi qərar nəticəsində Quba əhalisinin hazırkı maddi təminatı mümkün olub. Qubada Doğum evinin, Mədəniyyət evi, Quba Olimpiya Kompleksinin tikintisinin birbaşa H. Əliyevlə bağlı olduğunu söyləyib. Elza Orucova ADPU-nun Quba filialında da vətənpərvərlik və Heydər Əliyev ideya siyasi irsinin təbliği istiqamətində dosent Yusif Alıyevin rəhbərliyi ilə görülən işləri təqdirəlayiq hesab edib.
Tədbir tələbələrin Heydər Əliyev haqqında hazırladıqları videoçarxla davam edib.
YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev konfransın gedişatına sırf gənclər prizmasından yanaşıb. Heydər əliyev siyasətinin gənclərlə işin təşkilinə yönəldiyini vurğulayıb. Bildirib ki, 1990-cı illlərin əvvəllərində pərakəndə vəziyyətə salınmış gənclik artıq vahid formada fəaliyyət göstərir. Çıxışda hazırda ölkədə könüllü ordusunun formalaşdığı, Vətən müharibəsində Azərbaycan gəncliyinin böyük bir imtahandan keçdiyi qeyd olunub.
Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova “Heydər Əliyevin Azərbaycan qadınına verdiyi dəyər” mövzusunda çıxış edib. Ümummilli liderin həyat və faliyyəti barədə məlumat verib. Bildirib ki, H. Əliyevə qədər Azərbaycan qadınını ruhlandıran, onu böyük işlərə cəlb edən ikinci şəxs olmayıb. K. Rəhimova deyib ki, H. Əliyevin hakimiyyəti dövründə qadınların mühüm vəzifələrdə irəli çəkilməsi ölkənin prioritetlərinindən olub. Çıxışda YAP Qadınlar Şurasının, Ailə Qadın və Uşaq Problemləri ürzə Dövlət Komitəsinin və qadınlarla bağlı digər qurumların yaradılmasının önəmindən söz açılıb.
Daha sonra filialın tələbəsi Səma Asəfova Heydər Əliyevə həsr edilən “Axtarır” şeirin səsləndirib.
Filialın Ədəbiyyat və dillər kafedraısnın baş müəllimi Eyvaz Şeydayev H. Əliyevin Azərbaycan ədəbiyyatına xidmətlərindən bəhs edib. H. Əliyevin Azərbaycan yazıçılarının qurultaylarında irəli sürdüyü fikirləri sadalayıb. Qeyd edib ki, bu fikirlər Azərbaycan ədəbiyyatına dərin ehtiramı ifadə edir. Hüseyn Cavidin nəşinin Azərbaycana gətirilməsi, H. Əliyevin Səməd Vurğunun şeirini ürəkdən səsləndirməsi ədəbiyyata ehtiramından xəbər verir. Çıxışda H. Əliyevin ədiblərin yaradıcılığını diqqətlə izləyərək yüksək qiymətləndirməsi, onları “İstiqlal” ordeni ilə təltif etməsi vurğulanıb.
Qusar rayon Heydər Əliyev Mərkəzinin direktoru Neva Abdurrahmanovanın çıxışı “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin memarıdır” mövzusuna həsr olunub. O, Heydər Əliyevin milli dövlətçilik, azərbaycançılıq ideologiyasından danışıb. Ümummilli liderin kadrların azərbaycanlılaşdırılması siyasəti, azərbaycanlı gənclərin təhsil ardınca göndərilməsi kimi detallara toxunub. Onun dövlətçilik baxımından ən böyük uğurunu ordu quruculuğu hesab edib.
Daha sonra ADPU-nun Quba filialı ilk ərazi təşkilatında YAP GB sədri Nərmin Orucovanın “Heydər Əliyev bütün dövlətin dahisi” adlı çıxşı dinlənilib. Çıxışda siyasi xadimin dövlətinə, xalqına bağlılığı, bunun nəticəsi olaraq görülən işlərdən bəhs edilib.
Tədbirin sonuna doğru filial tələbələrinin hazırladıqları videoçarx nümayiş olunub, Ema Rzayeva ulu öndərə həsr edilən musiqini ifa edib, filialın “Dillər” klubunun üzvü Məhəmməd Hacıbalayev müxtəlif dillərdə H. Əliyev haqqında məlumatları, Rəşidə Həsənova isə Heydər Əlyev haqqında şeiri səsləndirib. Sonda ADPU Quba filialı tələbəsi Nicat Piriyevin filial gəncləri adından H.Əliyevin məzarını ziyarət etdiyini əks etdirən video nümayiş olunub.
Bir 1 nəfər şəkili ola bilər
Bir 2 nəfər və içəridə şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 2 nəfər şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər və mətn şəkili ola bilər
Bir 1 nəfər şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Bir 8 nəfər və mətn şəkili ola bilər
Bir 9 nəfər şəkili ola bilər
Bir 9 nəfər və mətn şəkili ola bilər
Bir 6 nəfər və mətn şəkili ola bilər
Bir 4 nəfər və mətn şəkili ola bilər
Bir 10 nəfər, ekran və mətn şəkili ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki