image-qanunla-reklam
image-house

Ağ Ev: Yüzə yaxın vətəndaşımız Əfqanıstanda qalıb

image-lady-day-az

ABŞ səlahiyyətliləri yaxın günlərdə Kabil aeroportundan hava nəqliyyatının bərpa ediləcəyinə və Əfqanıstanda qalan Amerika vətəndaşlarının ölkəni tərk edə biləcəyinə ümid edirlər.

Qanunla.Az xəbər verir ki, bu barədə Ağ Ev nümayəndəsi Ron Klayn deyib.

“Əfqanıstanda yüzə yaxın vətəndaş qalıb. Özü barədə məlumat verənlərlə müntəzəm olaraq təmasda oluruq. Ümid edirik ki, Qətər yaxın günlərdə Kabildən uçuşları bərpa edə biləcək. Əgər onlar bunu bacarsalar, istərdik ki, amerikalılar qayıtsınlar”.

Daha əvvəl Ağ Ev bəzi ABŞ vətəndaşlarının ölkədə qohumlarının olması səbəbilə Əfqanıstanı tərk etmək istəmədiklərini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki