image-qanunla-reklam
image-white_house

Ağ Evdən Moskvadakı görüşlə bağlı açıqlama

image-lady-day-az

ABŞ Əfqanıstandan insanları təxliyə etmək və bu islam respublikasının insanlarına humanitar yardım göndərmək üçün dünyanın digər ölkələri ilə işləməyə hazırdır.

Qanunla.Az xəbər verir ki, bunu Ağ Ev sözçüsü Cen Psaki deyib.

Əfqanıstanla bağlı Moskvada keçirilən toplantını şərh edən Psaki oradakı müzakirələrin dəqiq mahiyyəti barədə daha çox məlumata ehtiyac olduğunu söyləyib. O bildirib ki, əsas diqqət Əfqanıstanı tərk etmək istəyənlərin sərbəst uçuşlarına icazə verilməsi və ehtiyacı olanlara humanitar yardım göstərilməsinə yönləndirilib.

Qeyd edək ki, Moskva 10 ölkənin iştirakı ilə Əfqanıstanla bağlı müzakirələr ötən gün başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki