image-qanunla-reklam
image-fotojet-2021-11-23t122538-294

Ağır yaralanan altı qazimiz Türkiyəyə göndərildi – FOTO

image-lady-day-az

 

Ağır yaralanan altı qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.

Fonddan verilən məlumata görə, müalicəyə göndərilən qazilərimiz Zöhrablı Təbriz Atamoğlan oğlu, Əliyev Heydər Zakir oğlu, Rəhimov Rəşad Surxay oğlu, Musayev Vadim Fikrətoviç, Salayev Namiq Həsən oğlu və Mabudlu Şaban Baloğlan oğludur.

“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

Fond tərəfindən qazilərimizin müalicəsi tam yekunlaşana qədər nəzarətdə saxlanılır və həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond bu günə qədər 150 qazimizi müalicə üçün Türkiyəyə göndərib. Onlardan 108-nin müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

“YAŞAT” Fonduna müraciət etmək və fəaliyyəti ilə tanış olmaq üçün portal istifadədir.

Fondun hesabatlılığı ilə tanış olmaq üçün linkə keçid edə bilərsiz.

Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki