image-970_50
image-agac-mehv

Ağacları məhv edən şirkət cəzalandırıldı

image-728_90

Bakı şəhəri, Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırma başa çatıb.

Qanunla.Az  xəbər verir ki, bu barədə Xidmətin rəsmisi Vaqif Cavadov bildirib.

O qeyd edib ki, sözügedən ünvanda yaşayış binasının tikintisi zamanı ağacların Azenteroil MMC tərəfindən məhv edildiyi məlum olub:

Faktla bağlı MMC barəsində akt və protokol tərtib edilib, şirkətin hüquqi şəxs qismində cərimə olunması üçün toplanmış sənədlər Nərimanov Rayon Məhkəməsinə göndərilib”.

Xatırladaq ki, ötən gün Xidmət rəsmisi Maqsud Əlizadə küçəsi 17 ünvanında ağacların qanunsuz götürüldüyünü, torpaq mülkiyyətçisinin və təqsirkarların tapılması üçün araşdırmaların davam etdiyini bildirmişdi.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki