image-qanunla-reklam
image-c84c643b-0747-39c2-a202-79d42837b0ec_850

Ağcabədidə 11 yaşlı yeniyetməni avtomobil vurub

image-lady-day-az

Ağcabədidə azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Xocavənd kəndində qeydə alınıb. Avtomobil yolu keçən 2010-cu il təvəllüdlü Cəfərova Məxmər Rəsul qızını yaşadığı evin qarşısında vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə Bakıda yerləşən xəstəxanaların birinə çatdırıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki