Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb.
Bu barədə “Qanunla.Az”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcabədi şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.