Ağdam Sənaye Parkında 4 sahibkarlıq subyektinə rezident statusu verilib.
Qanunla.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” səhifəsində bildirib.
Nazir qeyd edib ki, bununla da Ağdam Sənaye Parkında rezidentlərin sayı 11-ə çatıb.
“Ümumi investisiya həcmi 27 milyon manata yaxın olan 4 müəssisədə (Rail Trans Service MMC, Mister Decor MMC, Almet Holding QSC və Eel Electric MMC) 250-dən çox daimi iş yeri yaradılacaq”, – M.Cabbarov yazıb.