Xəbər verdiyimiz kimi bir müddətdir ki, səhhətindəki problemlərdən əziyyət çəkən Xalq artisti Arif Babayev Ağdamın işğaldan azad edilməsindən sonra özünü xoşbəxt hiss etdiyini bildirib.
Muğam ustadı Moderator.az-a açıqlamasında görülən işlərə görə sevindiyini deyib:
“İndi-indi özümə gəlirəm, şükürlər olsun. Bununla yanaşı, görülən işlər də mənə müsbət təsir edir, adamda xoş ovqat yaradır. Ağdamımızın təməlqoyma mərasimi keçirildi, hər şey əladır. Allah Prezidentimizin canın sağ eləsin, o, çox böyük iş gördü. Ağdam mənim doğulduğum yerdi, sevincimin həddi-hüdudu yoxdu, səhər də, axşam da ölkə başçısına, Mehriban xanıma alqış edirəm. Bu insanlar qurucu adamlardı. Ağdamın şəhər olması çox adamı sevindirir. Sənət adamlarının çoxu Ağdamda doğulub. Neçə il idi ki, Ağdamımıza həsrət idik”.