Ağdaş Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri Xaş-xaş 2021 şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, tədbir zamanı rayonun Yuxarı Ləki kəndi ərazisində ümumi çəkisi 880 kiloqram olan 430 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.