On gün əvvəl Ağdaşda elektrik cərəyanı vurması nəticəsində ağır xəsarət alan “Azərişıq” əməkdaşı vəfat edib.
Qanunla.Az xəbər verir ki, 1986-cı il təvəllüdlü Elşən Mustafayev bu gün xəstəxanada dünyasını dəyişib.Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, təmir işləri aparan zaman elektrik cərəyanı vuran digər “Azərişıq” əməkdaşı 1983-cü il təvəllüdlü Ceyhun Nəbiyev hadisə yerində ölüb.