image-qanunla-reklam
image-mersedes-qeza

Ağdaşda dəhşətli qəza: ölənlər var

image-lady-day-az

Ağdaşda ölümlə nəticələnən ağır yol qəzası olub.

Qanunla.Az xəbər verir ki, hadisə Ləki qəsəbəsi ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Mersedes” markalı minik avtomobili sürücü, Bakı sakini, 1959-cu il təvəllüdlü Salmanov Ramiz İbrahim oğlunun idarə etdiyi MAN markalı yük maşınına çırpılıb. Qəza nəticəsində “Mersedes”də olan 2 nəfər həlak olub, daha 1 nəfər yaralanıb. Yaralı Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə təcili tibbi yardım və yol polisi cəlb edilib. Qəzada ölənlərin və yaralananın şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki