image-970_50
image-modern-az-07-08-2021-1628321513

Ağdaşda əməliyyat: Saxlanılanlar var – FOTO  

image-728_90

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinin, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyasının qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Qanunla.Az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı rayonun Binələr kənd sakini Ramil Ağammədov saxlanılıb. Onun yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman oradan aqrotexniki qulluq göstərilmiş, ümumi çəkisi 22 kiloqram 350 qram olan 23 ədəd çətənə kolu, həmçinin 60 qrama yaxın qurudulmuş marixuana qablaşdırılaraq maddi sübut kimi götürülüb.

 

Keçirilən növbəti əməliyyat-axtarış tədbirləri nəticəsində isə psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağdaş şəhər sakini Elməddin Cümşüdov saxlanılıb. Şəxsi axtarış zamanı həmin şəxsdən “patı” kimi tanınan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.

 

Faktlarla bağlı araşdırmalar aparılır.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki