image-qanunla-reklam
image-fb_img_1630334439647

Ağdaşda “Sözün sehri” adlı regional televiziya müsabiqəsinin ikinci seçim turu keçirilib

image-lady-day-az

Ağdaşda “Sözün sehri” adlı regional televiziya müsabiqəsinin ikinci seçim turu keçirilib.
Dahi şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Ağdaş Regional Mədəniyyət İdarəsində silsilə tədbirlər davam edir. 30 avqust 2021-ci il tarixində Ağdaş rayon Heydər Əliyev Mərkəzində Ağdaş Regional Mədəniyyət İdarəsi və ARB telekanalının birgə təşkilatçılığı ilə keçirilən “Sözün sehri” adlı regional televiziya müsabiqəsinin seçim turunun ikinci mərhələsi baş tutub.
Seçim turunun ikinci mərhələsində Zərdab və Ucar rayonlarını təmsil edən 14 və daha yuxarı yaş kateqoriyasında olan 15 nəfər bədii qiraət həvəskarı iştirak edib.
Tanınmış Pedaqoq Bəylər Bəylərov, Filologiya üzrə Fəlsəfə doktoru Yaqut Bahadurqızı və şair, qiraətçi Vaqif Yaquboğlunun münsifliyi ilə keçirilən seçim turunda 6 nəfər müsabiqədə iştirak etmək hüququ qazanıblar.
Ümumilikdə keçirilmiş iki seçim turunda Ağdaş, Göyçay, Zərdab və Ucar rayonlarından olan iştirakçılar arasından 12 nəfər televiziya müsabiqəsinin final mərhələsində iştirak etmək hüququ qazanıblar.

image-fb_img_1630334452999 image-fb_img_1630334450414 image-fb_img_1630334439647 image-fb_img_1630334442345 image-fb_img_1630334444932 image-fb_img_1630334447540


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki