Bakının Səbayıl rayonu ərazisində yanıq xəsarətləri ilə dolaşan vətəndaşın görüntüləri sosial mediada paylaşıldıqdan sonra Sosial Xidmətlər Agentliyi tərəfindən dərhal lazımi addım atılıb.
Qanunla.Az xəbər verir ki, Agentlik tərəfindən 62 yaşlı kişi təcili tibbi yardım maşını ilə 5 nömrəli Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.
Bildirilib ki, şəxsin bədənindəki yanıq xəsarətləri müalicə edildikdən sonra o, Sosial Xidmətlər Agentliyinin həssas əhali qrupundan olan şəxslər üçün nəzərdə tutulmuş Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinə yerləşdiriləcək.