image-970_50
image-1641365123_2b4b50db-5e2c-4b17-9b63-5cb3e43ef65e

Ağıllı kəndin inşası “ağıllı”lara həvalə edilib!?-Video

image-suni_mayalanma_qiymeti

DogruXeber.az: – Azərbaycanda ilk “Ağıllı kənd” layihəsi Zəngilanda tətbiq olunur. Aprelin 26-da Prezident İlham Əliyev Zəngilan rayonuna səfəri zamanı Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoydu. Bununla işğaldan azad olunmuş ərazilərdə müasir çağırışlara cavab verən və beynəlxalq standartlara əsaslanan yeni inkişaf modelinin icrasına başlanıldı.

Amma…

İndi “amma”sını biz deyək, siz hali olun.

Təqribən bir həftədir ki, Sosial şəbəkələrdə bir videogörüntü yayımlanır. Yayımlanan görüntülərdə Zəngilanda “ağıllı kənd” layihəsinin usta və fəhlələrindən ibarət bir qrup şəxs iki aydır zəhməthaqqı ala bilmədiklərindən gileylənirlər

Onların sözlərinə görə, çox şəraitsiz, yaşamağa yararsız yerdə gecələmək məcburiyyətində qalırlar. Gündüzləri də axşama qədər soyuqlu, şaxtalı hava şəraitində min bir əziyyətlə işləyirlər ki, ailələrinə çörəkpulu qazansınlar. Lakin, o qədər əziyyətin qarşısında, iki aydır zülmlə qazandıqları əmək haqlarını ala bilmirlər. Hələ videoçarxda deyilən budur ki, 200-dən çox usta və fəhlələrin pulları verilmir. Nə vaxt veriləcəyi barəsində də dəqiq məlumat da verilmir ki, heçolmasa ümidlə vəd edilən günü gözləsinlər. Elə nə vaxt soruşsalar, “sabah olacaq, siz işləyin” – deyib, yola verirlər.

Maraqlıdır, bəs hər ay qaçqınların “çörəkpulu”ndan, dövlət qurumlarında çalışan insanların maaşından, və sair… “Qarabağda görülən yenidənqurma işlərinə dəstək” adı ilə kəsilən məbləğlər, həmçinin Dövlət büdcəsindən ayrılan vəsait hara xərclənir?

“Ağıllı kənd”layihəsindən yararlanan “ağıllı” səlahiyyət sahibləri ciblərini düşündükləri üçün, işin keyfiyyətini düşünməyi də unudublar deyəsən.

Xatırlayırsınızsa bir neçə il əvvəl qaçqın və məcburi köçkünlər üçün yeni salınan qəsəbələrdə insanlar yaşamağa başladıqdan sonra, bir neçə evin divarları çatladı, bəziləri uçub töküldü, külək bir neçə evin dam örtükləri atdı. Bütün bunlar hamısı zəhməti lazımınca və vaxtında qiymətləndirilmədiyi üçün usta və fəhlələrin başdansovdu gördüyü işlərin nəticəsi, eyni zamanda, tikinti üçün lazım olan materialların əskik olması idi. Yəni, az materialla çox iş gördürənlərin, “hər şey cibim üçün” prinsipi ilə, vətənə, ölkəyə çox ciddi şəkildə maddi ziyan vuran bəzi “yüksək zəkalı” səlahiyyət sahiblərinin “dərin düşüncə”sinin məhsulu idi.

Yeri gəlmişkən bir neçə aydır əmək haqqını ala bilməyənlər təkcə Qarabağda çalışanlardan ibarət deyil. Təəssüflər olsun ki, bir çox qurumlarda bu hal yaşanır. Özü də ən maraqlısı da odur ki, narazılıq yaradanların demək olar hamısı dövlət qurumlarıdır.

Bizdə olan məlumata görə eyni vəziyyət Azərbaycan dəmir yollarında da yaşanır. Deyilənə görə artıq 8 aydır ki, dəmir yol işçiləri də əmək haqqlarını ala bilmirlər.(Bu barədə ətraflı növbəti yayımlarımızda.)

Ardı var…

Redaksiyamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki