image-qanunla-reklam
image-fb_img_1632504461613

Ağstafa Regional Mədəniyyət İdarəsində məzunlarla görüş keçirilib-FOTO

image-lady-day-az

Ağstafa Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi Qazax, Ağstafa və Tovuz rayonlarında fəaliyyət göstərən uşaq musiqi məktəblərinin cari ildə bitirmiş və ölkənin müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrinə musiqi ixtisasları üzrə qəbul olmuş məzunları ilə görüş keçirilmişdir.
Görüşdə İdarənin rəisi Elbəy Əli məzunları təbrik etmiş, tələbəlik həyatında onlara müvəffəqiyyətlər diləmiş, mədəniyyətimizin təbliği və tərənnümü yolunda uğurlar arzulamışdır. Natiq çıxışında bunun bir estafet yarışı olmasından, bayağı musiqilərlə mübarizə istiqamətində peşəkar və savadlı musiqiçilərin məsuliyyətindən söz açmış, onların da öz növbələrində bu məsələlərə həssas yanaşmasının vacibliyini vurğulamışdır. Qədim və köklü ənənələrə malik, zəngin milli musiqimizin qorunub gələcək nəsillərə ötürülməsinin labüdlüyündən bəhs etmiş, ölkəmizdə mədəniyyətə, incəsənətə dövlətin dəstək və qayğısından geniş danışmışdır.
Həmçinin, görüşdə Uşaq Musiqi Məktəblərinin direktorları çıxış edərək, tələbə adı qazanmış məzunları təbrik etmiş, onlarla qürur duyduqlarını dilə gətirmişlər.
Sonda xatirə şəkli çəkdirilmişdir.

image-fb_img_1632504461613 image-fb_img_1632504465169 image-fb_img_1632504468095 image-fb_img_1632504470715 image-fb_img_1632504473394 image-fb_img_1632504476164 image-fb_img_1632504478835 image-fb_img_1632504481449 image-fb_img_1632504484464 image-fb_img_1632504487259 image-fb_img_1632504489931 image-fb_img_1632504492839 image-fb_img_1632504497008


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki