image-qanunla-reklam
image-b54778f2-3393-38bb-8268-e2f027dd2e1d_850

Ağstafada iki dəfə zəlzələ oldu

image-lady-day-az

Ağstafada gecə və səhər iki dəfə yeraltı təkanlar olub.

Qanunla.Az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:26-da Qazax stansiyasından 27 km şimal-şərqdə Ağstafa rayonunda 3,2 bal gücündə qeydə alınıb. Zəlzələ ocağı 11 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Xatırladaq ki, bu, Ağstafada son bir neçə saat ərzində qeydə alınan ikinci zəlzələdir. Bu gecə ərzində Ağstafa rayonunda ilk təbii hadisə saat 1:21-də qeydə alınıb. Zəlzələ 3,5 bal gücündə olub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki