image-qanunla-reklam
image-received_611841086724082

Ağstafada Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” mövzusunda dəyirmi masa keçirilib

image-lady-day-az

9 dekabr 2021-ci il tarixdə Ağstafa Regional Mədəniyyət İdarəsinin dəstəyi, Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və mədəniyyət müəssisələrinin iştirakı ilə 12 dekabr Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisi” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları ilk olaraq mərkəzin foyesində təşkil olunmuş kitab sərgisi və mərkəzin ekspozisiya zalında sərgilənən Ulu Öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Əvvəlcə tədbirdə xalqımızın ümummilli lideri Heydər Əliyevin və respublikamızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş nitqi ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsini m.i.e. Adil Həsənov çıxış edərək Azərbaycanın çoxəsrlik tarixinin qəhrəmanına çevrilmiş Ümummilli liderin ölkəmizin inkişafında və xalqımızın mənəvi təkamülündə həyata keçirdiyi hər bir tədbirin böyük bir tarix olduğunu söyləyib. Ulu öndərin mədəniyyət sahəsində gördüyü işlərdən danışan A. Həsənov Ulu Öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinin hamisi və himayədarı olduğunu qeyd edib.
Sonra tədbirdə çıxış edən Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova, Rəsm Qalereyasının direktoru Gülgün Kərimov, MKS-nin əməkdaşı Günay Qələndərli çıxış edərək müasir Azərbaycanın memarı və qurucusu Ulu Öndərimizin şərəfli ömür yolundan, Vətənimiz qarşısında tarixi xidmətlərindən, Ümummilli Liderimizin rəhbərlik etdiyi illərdə onun uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin nüfuzunun artdığını, Heydər Əliyevin müstəqilliyimizin əbədi və dönməz olmasında müstəsna xidmətlərindən bəhs ediblər.

Tədbirin sonunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş “Dahi Şəxsiyyət” filmi nümayiş edilib.

Xəyal Nağıyev
Ağstafa Regional Mədəniyyət İdarəsinin mətbuat katibi

image-received_321370609598201 image-received_607355313720272 image-received_268263141932158 image-received_611841086724082 image-received_484441892986414 image-received_233906248816582 image-received_446886823613992 image-received_191587276498995 image-received_1060772091339984 image-received_204928561829382 image-received_211997857782560

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki