image-qanunla-reklam
image-1627388061_mm

Ağsu rayon hərbi komissarı könüllü Qarabağ döyüşçüsünü döydü – VİDEO

image-lady-day-az

44 günlük ikinci vətən müharibəsinin iştirakçısı Xəlilov Xəyyam Azerbaycanrealligi.com-a video muraciət edərək bildirir ki, 31 yaşında ikinci Qarabağ müharibəsinin könüllü iştirakçısı olub, Xocəvəndin işğaldan azad olunması ugurunda gedən döyüşlərdə işdrak edib, amma o 3 aylıq döyüşlərdən qayıtdıqdan sonra ciddi problemlərlə üzləşib. Xəyyam bildirir ki, o hərbi xidmətdən qayıtdıqdan sonra hərbi bileti itib.

Bununla əlaqədər o, Ağsu rayon hərbi komisarlığına muracət edib, lakin komisarlıq ona sənədlərin vermək üçün 50 AZN pul tələb edib. O, pulunun olmadığın deyəndə rayonun hərbi komisarı onu təhqir edərək əl-qol atıb, daha sonra Oqtay adlı bir nəfəri çağraraq onu döyüblər. Xəyyam Xəlilov bildirir ki, bundan sonra o 102 polis qaynar xəttinə zəng edib, Ağsu rayon polis şöbəsinin əməkdaşları gələrək onun hərbi komisarlığından hərbi biletini alaraq öznə qaytarıblar. Vüsal adlı polis rəisinin muavini olmasaydı mənim sənədlərmi verməyəcəkdilər.

Mən dedim ki, xəstə adamam, mənim pulum yoxdur, Ağsu rayon hərbi komissarı Akşin Xancanov bildirdi ki, get əlindən nə gəlir et, kimə istəyirsən şikayət et. Daha sonra bir nəfər işçisini də çağrıb məni vurdular, itələyib qapıdan atdılar çölə. Dedim ki, sizdən şikayət edəcəm, dedilər nə bilirsən, əlindən nə gəlir, hara istəyirsən şikayət et, bizə heç kim heçnə edə bilməz. Mən, evdə anamı, ailəmi başsız qoyub getdim vətən uğurunda könüllü döyüşdüm, amma bunlar ona əhmiyyət verməyib məni təhqir etdilər. Akşin Xancanov dedi ki, mənim üçün döyüşməmisən ki, mənim sənin döyüşməyindən qazancım olub? başımı xarab eləmə, rədd ol, bas bayıra deyib məni alçaltdılar.

Akşin Xancanov

Xəlilov Xəyyam bildirir ki, Ağdam və Xocəvəndin alınması ugurundada təltif olnub, hal-hazırda Bakıda, günü 15 manata fəhlə işləyir, kirayədə qalır. Xəyyamın istək və tələbi odur ki, onunla kobud rəftar edən Agsu rayon hərbi komisarı Akşin Xancanov cəzalandırılsın. Mənim 31 yaşım var, Ailəmi, xəstə anamı qoyub gedib torpaq ugurunda döyüşmüşəm. Mənə deyir ki, çıx, bas bayıra. Məni alçaldır, ona görə də onun cəzalandırmasını istəyirəm deyə sonda Xəyyam Xəlilov qeyd edib .

Azerbaycanrealligi.com adı çəkilən qarşı tərəfin də mövqeyin tanıyır  

Daha ətraflı videoda


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki