Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan “Qanunla.az”a verilən məlumata görə, keçirilən tədbir zamanı Ağsu dolaylarında yabanı halda bitən ümumi çəkisi 1 tondan artıq olan 2763 çətənə kolu kökündən çıxarılıb.
Həmin çətənə kolları yandırılaraq məhv edilib.