image-qanunla-reklam
image-1739738218_17397366355886164536_1200x630

Aİ liderləri qeyri-rəsmi toplanır

image-lady-day-az

Avropa İttifaqına üzv ölkələrin liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşü qeyri-rəsmi xarakter daşıyacaq.

Qanunla.az xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.

“Qeyri-rəsmi görüşdə Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarkanın hökumət başçıları, həmçinin Avropa Şurası və Avropa Komissiyasının prezidentləri və NATO-nun Baş katibi iştirak edəcək”, – məlumatda deyilir.

Görüşün günün ikinci yarısına planlaşdırıldığı qeyd edilir.

Fransanın xarici işlər naziri Jan-Noel Barrotun sözlərinə görə, müzakirə mövzusu Avropanın təhlükəsizlik məsələlərində muxtariyyəti olacaq. Avropanın bu sahədə müstəqilliyə ehtiyacı var ki, nə ABŞ-ın, nə də digər aparıcı dünya dövlətinin vassalı olmasın.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki