Ermənistan-Azərbaycan sərhədində işləyən Aİ-nin Ermənistandakı missiyası monitorinq adı altında Rusiya, Azərbaycan və İrana qarşı mübarizə aparmaq üçün kəşfiyyat məlumatlarının toplanması ilə məşğuldur.
Qanunla.Az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkin deyib.
“Ermənistanın bu gün üzləşdiyi bir çox risklər 2022-ci ilə dayanır. Sentyabrda İrəvan Azərbaycanla sərhəddə vəziyyətin sabitləşdirilməsinə yönəlmiş KTMT ilə bağlı kompleks tədbirlər həyata keçirməyə razılaşıb. Söhbət ciddi təşəbbüslərdən gedirdi, o cümlədən hərbi-texniki yardım, monitorinq missiyasına rəhbərlik, sərhədçi qoşunların təliminə dəstək və s. Təəssüf ki, Ermənistan rəhbərliyi dövlətin sərhədlərini heç bir şəkildə qorumayan, Rusiya, Azərbaycan və İrana qarşı kəşfiyyat məlumatlarının toplanması ilə məşğul olan Aİ missiyasını dəvət etməyi üstün tutdu. Cənubi Qafqazın taleyini müstəsna olaraq region ölkələri və qonşu tərəfdaş dövlətlər həll etməlidir. Kənardan heç kim ümumi evimizə sülh və firavanlıq gətirməyəcək”, – Kopirkin bildirib.