image-qanunla-reklam
image-1459329905

Akif Səlimov vəfat etdi

image-lady-day-az

Uzun illər polis sistemində yüksək vəzifələrdə çalışan, 2013-2016-cı illərdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini tutan Akif Səlimov vəfat edib.

Qanunla.Az xəbər verir ki, daha əvvəl infarkt keçirən A.Səlimov uzun sürən xəstəlikdən sonra 71 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Akif Səlimov 2013-2016-cı illərdə Laçın rayonun icra başçısı vəzifəsində işləyib. Bundan öncə isə bir sıra rayonlarda polis rəisi vəzifəsində çalışıb. Belə ki, 1990-cı ilin noyabr ayından 1994-cü ilin mart ayınadək Laçın Rayon Polis Şöbəsinin rəisi, 1994-cü ilin mart ayından 1996-cı ilin oktyabr ayınadək Goranboy Rayon Polis Şöbəsinin rəisi, 1996-cı ilin oktyabr ayından 2000-ci ilin oktyabr ayınadək Qax Rayon Polis Şöbəsinin rəisi, 2000-ci ilin oktyabr ayından 2006-cı ilin dekabr ayınadək Cəlilabad Rayon Polis Şöbəsinin rəisi vəzifələrində işləyib.

Onun oğlu da polis rəisi vəzifəsini tutur. 2020-ci ildə isə A.Səlimovun nəvəsi vəfat etmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki