Xəbər verdiyimiz kimi, “Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.
Qanunla.Az avtoriteti öldürən şəxsin həbs olunma anında görüntülərini təqdim edir:
“Albert Rıjiy” ləqəbli kriminal avtoritet Əli Heydərovu öldürməkdə şübhəli bilinən şəxs Moskvada saxlanılıb.
Qanunla.Az xəbər verir ki, bu barədə “Lenta.ru”ya Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İdarəsinin rəhbərinin böyük köməkçisi Yuliya İvanova bildirib.
Şübhəlinin gizləndiyi yaşayış yerində axtarış aparılıb. Yaxın vaxtlarda o, zəruri istintaq hərəkətlərinin aparılması üçün İstintaq Komitəsinin bölməsinə təhvil veriləcək.
Qeyd edək ki, Ə.Heydərov aprelin 12-də Moskvada yaşadığı binanın idman zallarında məşq edərkən qətlə yetirilib.
Unikal.org