image-970_50
image-thumb

Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər edib

image-suni_mayalanma_qiymeti

Ali Baş Komandan İlham Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsinə və Şuşa şəhərinə səfər edib

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi

44 günlük Zəfər tariximizdəki şanlı qələbəmizlə bir daha bütün dünyaya qüdrətli, şücaətli bir xalq olduğumuzu, haqq işimizdə dönməzliyimizi nümayiş etdirdik. Ordumuzun döyüş taktikası, hərbi əməliyyatlardakı manevrləri dünya hərb tarixində xüsusi yer tutdu.

Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsində düşmənə qarşı apardığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab olunur. Şuşaya yol açan Hadrut əməliyyatının hərbi – strateji əhəmiyyəti xüsusilə vurğulanır.
Hadrut istər Sovetlər zamanında, istərsə də 30 illik işğal zamanında daha çox hərbi məntəqə kimi istifadə olunub. Belə yüksəklikdə olan və meşələrlə əhatə olunmuş məntəqənin azad olunması, eyni zamanda hərbi- taktiki baxımdan da əldə olunmuş uğur idi. Bu qələbə 44 günlük savaşın taleyini həll etdi. Hadrutun terrorçu qrupundan təmizlənməsi sıradan bir əməliyyat olmayıb, öncədən hazırlanmış hərbi-strateji plan əsasında əməliyyat uğurla nəticələnmişdir.
Bu gün bizim Zəfərimiz dünyanın aparıcı ali məktəblərində öyrənilir, hərbi ekspertlər, mütəxəssislər bu savaşdan bəhs edərkən onu XXI əsrin müharibəsi adlandırırlar.
Azərbaycan ordusu Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə öz haqq savaşında Zəfər çaldı, düşməni əzəli torpaqlarından qovdu və tarixi ədaləti bərpa etdi.

Mayisə Xəlilova – Dəkkəoba kənd tam orta məktəbinin direktor müavini

 

 

HADRUT QƏSƏBƏSİNDƏ HƏRBİ HİSSƏNİN AÇILIŞI

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Xocavənd rayonunun Hadrut qəsəbəsinə, daha sonra isə Şuşa şəhərinə səfər edib. Prezident hər il olduğu kimi bu il də doğum gününü xüsusi qeyd etməyib. Əvəzində işğaldan azad edilən ərazilərə səfər edərək həm burada bərpa prosesi istiqamətində görülən işlər ilə yerində tanış oldu, həm də doğum günü ənənəsinə sadiq qalaraq bir sıra mühüm açılışlar etdi. Səfər çərçivəsində xüsusi diqqət çəkən məqam Prezidentin ailə üzvləri ilə birlikdə Xocavənd rayonunun Hadrut qəsəbəsinə səfər edib burada hərbi hissənin açılışında iştirak etməsi oldu.
Ali Baş Komandanın Hadrut qəsəbəsində açılışını etdiyi hərbi hissə olduqca mühümdür. Bu hərbi hissədə Azərbaycan Ordusunun Türkiyə təcrübəsinə əsaslanaraq yaratdığı yeni komando briqadası yerləşəcək. Bu gün xüsusi təyinatlılar demək olar ki, bütün ölkələrdə silahlı qüvvələrin ən etibarlı və seçmə birləşməsi sayılır. Misal üçün, Türkiyədə “Komando”, “Bordo bereli”, “SAT-SAS”, ABŞ-da ”Reyncer”, ”Delta forçe”, Rusiyada “Alfa”, “Vımpel”, “Delta”, İsraildə “Amor”, Böyük Britaniyada “Kommandos”, “Skorpion” və s. Ölkəmizdə də “Yarasa”, “Qartal”, “Şahin”, “Vaşaq”, “Əqrəb” və s. şərti adlarla tanınan xüsusi təyinatlı dəstələr mövcuddur. Türk komandoları isə dünyanın ən elit hərbi birləşmələrindən hesab edilir.
Görünən odur ki, Prezident Azərbaycan ordusunu qardaş Türkiyə Silahlı Qüvvələrinin modeli əsasında tərtib etmək, eyni səviyyəyə çatdırmaq istəyir. Onun “biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir” sözləri də bu fikri təsdiqləyir.
Azərbaycanın yeni yaratdığı komando briqadasının Hadrutda yerləşməsi də təsadüfi deyil. Belə ki, Prezidentin də qeyd etdiyi kimi, Hadrut keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə daxildir. Yəni Hadrut separatçı-terrorçu rejimin tör-töküntülərinin qaldığı ərazilərə çox yaxındır. Bu ərazidən həm separatçılara nəzarət etmək, hətta gələcəkdə ehtimal anti-terror əməliyyatı üçün istifadə etmək olar. Bu mənada Türkiyə təcrübəsi əsasında yaradılan komando briqadalarının əsas vəzifəsinin gələcəkdə terrorçulara qarşı əməliyyatlar olduğunu deyə bilərik.
Ölkə başçısının hərbi hissənin açılışı sonrası komandoların simvolu sayılan göy rəngli bereti taxması da mühüm mesaj idi. Ali Baş Komandan bununla faktiki olaraq burada yerləşən komando birliklərinin “kölgəsi”nin davamlı olaraq separatçıların başı üzərində olacağı mesajını vermiş oldu.

KÖNÜL RƏHİMOVA – Zərdab rayon Heydər Əliyev Mərkəzinin direktoru

 

XALQIN DƏSTƏYİNƏ ARXALANAN PREZİDENT

Dekabr ayının 24-də Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev özünün 60 illik yubileyini Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində işğaldan azad edilən Qarabağ torpağında qeyd edib. Əvvəlcə Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak edən Prezident müharibənin bitməsinə baxmayaraq ordunun qüvvətləndirilməsi məsələlərinin hər zaman gündəmdə olacağını bəyan edib.
Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınıb. Ordu quruculuğu istiqamətində aparılan işlər arasında hərbi hissələrin yaradılması xüsusi yer tutur və artıq Azərbaycanın bütün bölgələrində əksər hərbi hissələr lazımi standartlara cavab verir. Qarabağın mərkəzində, mühüm strateji əhəmiyyət daşıyan Hadrut qəsəbəsində yeni tipli hərbi hissənin açılışı da bu işlər sırasındadır. Bu hərbi hissədə şəxsi heyətin xidməti və yaşayışı üçün hər cür şərait yaradılıb.
Hərbi hisənin açılışında cənab Prezidentin qeyd etdiyi kimi bu gün ölkədə hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli də həmişə diqqət mərkəzindədir. 20 il orduda qüsursuz xidmət etmiş hərbçilərə dövlət tərəfindən mənzillər verilir və bu günə qədər 2200-dən çox hərbçi dövlət tərəfindən mənzillə təmin olunub. Cari ilin sonuna qədər isə daha 130 hərbçi ailəsinə yeni mənzillər veriləcəkdir.
Qeyd edilib ki, Azərbaycanda müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb, orduya ayrılan xərclər isə artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar əsasında Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Beləliklə, Azərbaycan Ordusu bundan sonra da öz peşəkarlığını və yüksək mənəvi ruhunu qoruyacaqdır.
Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açılışından sonra Prezident İlham Əliyev ailə üzvləri ilə birlikdə Qarabağın incisi Şuşa şəhərinə gəlmişdir. Ölkə başçısının Şuşaya növbəti səfəri Prezident İlham Əliyevin 60 illik yubileyinə təsadüf edir. Artıq neçə illərdir ki, Prezident İlham Əliyev öz ad günlərini Azərbaycan xalqı ilə birlikdə qeyd edərək sosial obyektlərin açılışında iştirak edir, məcburi köçkünlərlə və şəhid ailələri ilə görüşür. Öz 50 illiyini Ağcabədidə məcburi köçkünlərlə bərabər qeyd edən Prezident İlhan Əliyev bu il dekabrın 24-də 60 illiyini də ailə üzvləri ilə birlikdə Qarabağda – Şuşada keçirib.18 il əvvəl Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər İlham Əliyev xalqın dəstəyinə arxalanır və bu dəstək ona güc verir. Prezidentin qeyd etdiyi kimi “Bu dəstək iradəmi möhkəmləndirir və bu dəstək nəticəsində biz hamımız – bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq”

Xanım İmanova – Zərdab rayon Heydər Əliyev Mərkəzinin muzey bələdçisi

 

 

44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı

Vətən müharibəsində Azərbaycan xalqı da, dövləti də Qarabağın işğaldan azad olunması ilə bağlı var-qüvvəsini ortaya qoydu. İllərdi qurulan güclü ordu, yetişən vətənpərvər nəsil düşmən çəpərinə çevrildi. Əsgər və zabitlərimiz döyüş tapşırıqlarını şərəflə yerinə yetirdi. Strateji yüksəklikləri götürərək daha əlverişli mövqelərə sahib oldular. Otuz il ərzində Ermənistan rəhbərliyi “güclü ordusu” haqqında uydurmalar ortalığa atanda, “yenilməz Ermənistan ordusu” barədə miflər yaradanda Azərbaycanda dünya standartlarına uyğun ordu yaradılıb və bu ordunun gücü döyüş meydanında göründü. Baxmayaraq ki, biz 30 il səbrlə gözləmişdik. Danışıqlar prosesinə sadiq qalmışdıq. Bütün bunlar münaqişənin dinc yolla, müharibəsiz həllinə hesablanmışdı və Azərbaycan hər dəfə status-kvonun dəyişdirilməsinin vacibliyini vurğulayanda məqsəd münaqişənin fəal hərbi əməliyyatlar mərhələsinə keçməsinin qarşısını almaq idi. Ancaq ermənilərin illərlə qoruyub saxladığı həmin status-kvo bir neçə günün içində darmadağın oldu. Təmas xətti yarıldı və rəşadətli Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından xilas etdi.
44 gün davam edən Vətən müharibəsində Azərbaycan təkcə döyüş meydanında deyil, həm də diplomatiya sahəsində qalib gəldi. Bu qələbə istisnasız olaraq cənab Prezident İlham Əliyevin diplomatiyasının ən böyük uğurudur. Çünki ölkəmizin illərlə topladığı beynəlxalq nüfuz haqlı davamıza qüvvət verdi, onu daha güclü etdi. Bu çətin günlər qardaşlığın, dostluğun dəyərini anlatdı. Biz bir daha şahidi olduq ki, tarix heç vaxt öz funksiyasını dəyişmir, dostlar düşmənə, düşmənlər dosta çevrilmir. Qalib gələn ədalət və ölməyən həqiqət olur.

Vəfa Xəlilli – Gəncliyə Dəstək İctimai Birliyinin sədri

 

 

Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tez- tez işğaldan azad edilmiş ərazilərdə səfərdə olur

Beynəlxalq təşkilatların, eləcə də, yerli ictimaiyyətin, o cümlədən siyasi partiya və QHT nümayəndələrinin, habelə əcnəbi jurnalistlərin Şuşaya və işğaldan azad edilmiş digər ərazilərə səfərləri zamanı bir daha aydın oldu ki, Ermənistan 30 il ərzində torpaqlarımıza, tarixi -mədəni, dini-mənəvi abidələrimizə və təbiətimizə qarşı vəhşilik törətmiş və işğal altında saxladığı ərazilərimizi yerlə- yeksan etmişdir. Bu vəhşilik, talançılıq və işğal əbədi ola bilməzdi. Bir il əvvəl Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz faşist xislətli Ermənistan ordusunun işğalına son qoydu. Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsi şanlı Qələbəmizlə başa çatdı. 44 gün davam edən Vətən müharibəsində ərazi bütövlüyümüz təmin edildi.
Ermənilər Hadruta XIX əsrdə İrandan köçürülüblər. Dövlətimizin başçısı da bunu diqqətə çatdıraraq dedi ki, o vaxta qədər burada erməni yaşamırdı. Onlar tarixi saxtalaşdırmağa vərdiş ediblər. Elə buna görə də bu gün də həmin vərdişlərindən əl çəkmir, bugünkü reallıqları da saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti də bu yalanlara inandırmaq istəyirlər. Ancaq Prezident İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasi strategiya ermənilərin bütün yalanlarını ifşa etdi. Müharibə dövründə də Ermənistan rəsmi orqanları nə qədər yalan söylədilər, həm öz xalqını, həm də beynəlxalq ictimaiyyəti inandırmağa çalışırdılar. Lakin Hadrutun işğaldan azad edilməsindən sonra Ermənistan rəsmilərinin yalanları üzə çıxdı. Eyni zamanda, Hadrutun işğaldan azad edilməsi Ermənistana çox böyük mənəvi-psixoloji sarsıntı yaşatdı.
Prezident İlham Əliyev və Birinci-vitse prezident Mehriban Əliyeva tez- tez işğaldan azad edilmiş ərazilərdə səfərdə olur, yenidənqurma–bərpa işlərinə şəxsən nəzarət edirlər. Əminliklə demək olar ki, yaxın illərdə Qarabağ bölgəsi əvvəlki illərdən də yaxşı olacaq. Dövlət başçımız Xocavənd rayonunda ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı da bu fikri səsləndirdi. Dövlətimizin başçısı Hadrut qəsəbəsində və Tuğ kəndində oldu. Digər səfərlərdə olduğu kimi, bu dəfə də yeni tikinti-bərpa işlərinin təməli qoyuldu.
Bu Zəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gərgin siyasi-diplomatik səylərinin, dövlətçilik təcrübəsinin, xalqına və torpağına bağlılığının, əsgər və zabitlərimizin ruh yüksəkliyinin, xalq-ordu birliyinin məntiqi nəticəsidir.

Nailə Əliyeva-Zərdab Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru

 

Azərbaycanın tərəqqisi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin uğurlu siyasətinin nəticəsidir.

Azərbaycanın beynəlxalq aləmdə böyük nüfuz qazanması, ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsi, insan kapitalının inkişafı, xalqın mədəni və milli-mənəvi irsinin qorunub saxlanılması, mühüm transmilli enerji və nəqliyyat layihələrinin gerçəkləşdirilməsi xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsidir.
Dövlətimizin başçısının həyata keçirdiyi prinsipial, milli maraqlara əsaslanan siyasət nəticəsində ölkədə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunda güclü potensialın formalaşdırılması, əhalinin sosial təminatı sahəsində inqilabi nəticələr əldə olunub. Bunu təkcə yerli siyasi və iqtisadi ekspertlər deyil, həm də dünyanın nüfuzlu reytinq və beynəlxalq təşkilatları də etiraf edirlər. Digər tərəfdən, Azərbaycanın sosial-iqtisadi sahədə əldə etdiyi nailiyyətlər dünya ölkələrinə nümunə olaraq göstərilir.
“Azərbaycanda güclü sosial siyasət həyata keçirilir. Prezident İlham Əliyevin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın və bütövlükdə cəmiyyətin rifahını təmin edir”. İlin əvvəlindən dövlətimizin başçısının təsdiqlədiyi iki böyük sosial paketin reallaşdırılması nəticəsində Azərbaycanda minimum əməkhaqqı və pensiya qaldırılıb, qaçqın və məcburi köçkünlərin həyat şəraiti yaxşılaşdırılıb, şəhid ailələrinə birdəfəlik müavinətlərin verilməsi təmin olunub.
Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının yanındadır və xalqın dəstəyinə arxalanır. Prezidentin gördüyü bütün işlərin əsasında Azərbaycanın dövlət maraqları, ölkənin inkişafı, təhlükəsizliyinin və xalqın firavan həyatının təmin edilməsi amili dayanır. Azərbaycan xalqı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti dəstəkləyir, bu siyasətə alternativ görmür, əldə olunan uğurları yüksək qiymətləndirir. Ölkə başçısı hər zaman xalqdan güc alıb, xalqımız da Prezidenti həmişə dəstəkləyib. Xalq-iqtidar birliyinin sarsılmazlığının əsasında da bu amil dayanır. Buna görə də Azərbaycan dövləti gələcəkdə daha da möhkəmlənəcək, daha da inkişaf edəcək.

Elyurə Məmmədova-Rayon mədəniyyət mərkəzinin direktoru

 

Ötən bir ildə xalq-iqtidar birliyinin möhtəşəm uğurları.

Dövlətimizin başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsinin bir ili tamam olur. Ötən bir il Azərbaycan xalqının öz seçimində yanılmadığını, vətəndaşlarımızın siyasi şüurunun və seçmək qabiliyyətinin nə qədər yüksək olduğunu bir daha sübut etdi.2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq ilk dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz ötən illərdə misilsiz inkişaf yolu keçib, tarixi uğurlara imza atıb. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi daxili və xarici siyasət xəttini şəraitin tələblərinə uyğun olaraq yeniləşdirməklə davam etdirən Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrini əhatə edən bu dinamik inkişafa, hər bir Azərbaycan ailəsinin rifahının yaxşılaşmasına və təhlükəsizliyinin təmin edilməsinə, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsinə, ölkəmizin maraqlarına cavab verən tarazlaşdırılmış xarici siyasətin yürüdülməsinə nail olub.Xalqımız ötən müddətdə əldə olunan uğurlara 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə ən yüksək qiymətini verdi. Seçkilərin nəticələrinə əsasən İlham Əliyev səslərin 86,02 faizini toplayaraq növbəti müddətə Azərbaycan Respublikasının Prezidenti seçildi.
Azərbaycanın hər bir vətəndaşının və dövlətimizin maraqları son bir ildə də Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində olub. Bu müddətdə ölkəmizdə hərtərəfli dinamik inkişaf, sabitlik və əmin-amanlıq təmin edilib, beynəlxalq mövqelərimiz daha da möhkəmləndirilib. Dövlətimizin başçısının seçkilər ərəfəsində yeni iqtisadi modelə keçidlə, iqtisadi və sosial sahədə islahatların aparılacağı ilə bağlı vədləri ardıcıl olaraq yerinə yetirilir. Hər zaman fəaliyyətində xalqın dəstəyinə arxalanan Prezident İlham Əliyev daim xalq ilə təmasda olur, vətəndaşları narahat edən problemləri birbaşa onların dilindən dinləyir və bu məsələlərin həlli ilə bağlı müvafiq göstərişlər verir. Ötən bir il ərzində də Azərbaycan Prezidentinin hər zaman xalqının yanında olduğunun, onların problemlərinin həllinə xüsusi həssaslıqla yanaşdığının bir daha şahidi olduq. Bildiyimiz kimi, cari il fevralın 5-i və 6-da baş verən zəlzələlər nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fərdi evlərə, sosial və infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Hadisədən dərhal sonra dövlətimizin başçısı zəlzələ baş verən ərazidə oldu, vəziyyətlə yerində tanış olaraq vətəndaşlarla görüşdü, təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində göstərişlər verdi, müvafiq Sərəncam imzalandı və Prezidentin Ehtiyat Fondundan vəsait ayrıldı. Qısa müddət ərzində fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıldı. Təbii fəlakət nəticəsində dağılan bir sıra evlər təxminən bir ay sonra əsaslı şəkildə təmir edilərək dövlətimizin başçısının və birinci xanımın iştirakı ilə sahiblərinə təqdim olundu.
Bir sözlə, dövlətimizin başçısının paytaxtda və bölgələrimizdə vətəndaşlarla keçirdiyi səmimi görüşlər, onların qayğıları ilə yaxından maraqlanması, insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində verilən qərarlar ölkəmizdə xalq-iqtidar birliyini daha da möhkəmləndirir, xalqın Prezidentinə olan inamını daha da artırır. Bu amillər həm də Prezident və xalqın birliyi konsepsiyasının əsas qayəsini təşkil edir.

Səbuhi Kərimov-Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının aparat rəhbəri

 

 

Zəfər iqtisadiyyatının rolu və hədəfləri
Tarixi Zəfəri bizə bəxş edərək öz həyatlarını qurban vermiş igid zabit və əsgərlərimizin, ümumilikdə Vətən uğrunda, onun müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş bütün bacı və qardaşlarımızın, bütün mənalı həyatını bu yolda fəda etmiş, Azərbaycan xalqı və dövlətinin rifahına həsr etmiş ümummilli lider Heydər Əliyevin xatirəsini hər zaman böyük ehtiramla anırıq. O qeyd edib ki, Azərbaycan xalqı tarixə öz adını qalib, qurucu və qürurlu xalq kimi yazmağı bacarıb: “2020-ci ildə baş vermiş 44 günlük İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına və separatizmin məhv edilməsinə nail oldu. Şübhəsiz ki, bu Zəfər salnaməsinin yaradılması – Qələbə dastanının yazılması, yəni mürəkkəb geosiyasi şəraitdə, dünya siyasətində toqquşan və kəsişən strateji maraqların fonunda Azərbaycanın torpaqlarının işğaldan azad edilməsinə müvəffəq olması sadə və sıradan məsələ deyil.
Biz qürurla və iftixarla qeyd edirik ki, torpaqlarımız döyüş meydanında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni faşizmini məhv etməsi, işğalçıları darmadağın edərək layiqincə cəzalandırması nəticəsində azad olunub. Bu, XXI əsrin müharibəsini aparan Azərbaycan Silahlı Qüvvələrinin gücünü, əzmini və peşəkarlığını əks etdirən çox mühüm faktdır. Eyni zamanda, xüsusi qeyd etmək lazımdır ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi müstəqillik illərində həyata keçirilən uğurlu, milli maraqlara əsaslanan və müasir qlobal çağırışlara müvafiq strateji kursun real – məntiqi nəticəsidir”.
Ümummilli lider Heydər Əliyevin siyasətini dövrün tələblərinə uyğun keyfiyyətcə yeni müstəvidə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə atılan addımlar, həyata keçirilən tədbirlər Azərbaycanın milli gücünün artmasını, strateji hədəflərə və qələbəyə doğru əmin addımlarla irəliləməsini təmin edib. Prezident İlham Əliyevin inkişafa, intibaha, tərəqqiyə və qələbəyə hədəflənən siyasəti sayəsində Azərbaycanın iqtisadi müstəqilliyi tam təmin edilib, ölkənin maliyyə imkanları genişlənib. Yəni, güclü iqtisadiyyat quruculuğu, iqtisadi inkişaf bizi tarixi Zəfərə aparan çox mühüm – həlledici amillərdən biri olub.

Rəmzi Şirinov-YAP Zərdab rayon təşkilatının Gənclər Birliyinin sədri

 

Son illər ərzində Azərbaycan ərazisində bir çox yerlərdə yeni hərbi hissələr, hərbi şəhərciklər salınmışdır

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması istiqamətində fəaliyyətlər yüksək səviyyədə davam etdirilir. Vətən müharibəsindən sonra həm müasir tələbələrə cavab verən silah-sursat, texnikalar alınır, eyni zamanda, yeni silahlı birləşmələr yaradılır. Belə ki, Oktyabrın 19-da yeni yaradılan əməliyyat (komando) hərbi hissəsinin açılışının edilməsi buna bariz nümunədir. Həmin hərbi hissədə əsasən Türkiyədə uzun müddətli “Komando hazırlığı kursu” keçmiş şəxsi heyətə olması Azərbaycan Ordusunun hərbi qulluqçularının peşəkarlığının daha da yüksəldilməsinə böyük töhfə verir. Yaradılan Hərbi hissənin ərazisindəki təlim mərkəzinin olması şəxsi heyyətinin hazırlıq səviyyəsinin yüksək olmasına xidmət edir.
Həmçinin Hadrut qəsəbəsində yeni hərbi hissənin açılması da deyilənlərə sübutdur. Açılışdakı çıxışında Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin də bəyan etdiyi kimi Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Həm ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır, Hadrutda bizim güclü silahlı birləşməmiz təhlükəsizliyimizi, ölkəmizin təhlükəsizliyini qoruyacaq. Ddigər tərəfdən ona görə ki, bu, azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir”.
Bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və bütün bunlar isə həm əsgərlərdə, həm də ümumilikdə xalqımızda xüsusi ruh yüksəkliyi yaradır.

Eldəniz Cəbrayılov – Şıxbağı kənd tam orta məktəbin hərbi rəhbəri

 

Müharibədən sonra ordu quruculuğu prosesi dayandırılmayıb

Azərbaycanda güclü, nizami, müasir ordu quruculuğu cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən birini təşkil edib. Respublikamızın dövlət büdcəsindən ordu quruculuğuna böyük həcmdə vəsait ayrılıb, Silahlı Qüvvələrimizin müasir silah-sursatla təminatı, kadrların peşəkarlığının artırılması diqqət mərkəzində saxlanılıb. Cənab İlham Əliyevin prezidentliyi dövründə hərbi xərclər hər il büdcə xərcləri arasında birinci yerdə dayanıb. Azərbaycanın hərbi xərcləri Ermənistanın dövlət büdcəsini üstələyib. Məhz bu diqqətin nəticəsidir ki, bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın qabaqcıl şirkətlərinin istehsalı olan müasir silahlar vardır. Bu silahlar düşmənin istənilən hədəfini dəqiqliklə nişan almağa və məhv etməyə qadirdir. Eyni zamanda, Prezident İlham Əliyevin uzaqgörənliyinin nəticəsi olaraq Azərbaycan qısa müddətdə özünün güclü müdafiə sənayesini qurmağa nail olub. Bütün bunların müsbət nəticəsini isə biz ötən 44 günlük Vətən mühairbəsində gördük.
Ölkəmizdə müharibədən sonra da ordu quruculuğu prosesi dayandırılmayıbdır. “Biliyimiz kimi, orduya ayrılan xərclər azalmayıb, əksinə, artırılıb. Müharibədən sonra imzalanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana Ordumuzun təchizatı üçün ən müasir silahlar, texnikalar gətirilir. Həm hərbi texnikanın alınması, həm hərbi xərclərin artırılması, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da ordu quruculuğu prosesi dayanmayacaqdır.

Nağıyev Abbas – Dəli Quşçu kənd Ağsaqqallar şurasının sədri

 

Hadrut əməliyyatı İkinci Qarabağ müharibəsində xüsusi əhəmiyyətə malik olan bir əməliyyat idi

Azərbaycan Ordusunun Hadrut yaşayış məntəqəsində düşmənə qarşı apardığı hərbi əməliyyatlar dünya hərb elmi üçün əhəmiyyətli hadisə hesab olunur. Şuşaya yol açan Hadrut əməliyyatının hərbi-strateji əhəmiyyəti xüsusilə vurğulanır. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev də bu günlərdə Hadruta səfəri zamanı ordumuzun həyata keçirtdiyi əməliyyatı xüsusilə qeyd etdi.
Xocavənd rayonunun tərkib hissəsi olan Hadrutun – Ağoğlan qəsəbəsinin azad olunması bölgədə olan erməni silahlı qüvvələrinin döyüş əzminin qırılması baxımından ciddi əhəmiyyətə malikdir. Belə ki, Füzulidən başlayan və Araz çayı boyunca gedən hərbi əməliyyatların şimala, yüksəklikdə yerləşən Hadruta qədər davam etməsi və Hadrutun azad olunması qarşı tərəfdə ciddi bir psixoloji-mənəvi uğursuzluğa şərait yaratdı. Hadrutun azad olunmasına qədər düşmən tərəfdə belə bir düşüncə var idi ki, keçmiş “Dağlıq Qarabağa” toxunulmayacaq, əməliyyatlar daha çox Dağlıq Qarabağın ətrafında gedəcəkdir. Bu məsələ Azərbaycan insanı üçün də önəmli idi. Bundan əvvəl bu şəkildə genişmiqyaslı əməliyyatlar həyata keçirilməmişdi. Hadrutun azad olunması Azərbaycan Ordusunun mənəvi-psixoloju ruhunu yüksəltdi.
Xocavənd rayonu keçmiş Dağlıq Qarabağın bir parçası kimi görünürdü.  Xocavəndin cənub hissəsi olan Hadrutun azad olunması ilə düşmən fərqinə vardı ki, bu torpaqlarda duruş gətirə bilməyəcəklər. Sadəcə keçmiş Dalıq Qarabağ deyil, bütün ərazilərimizdə bu əməliyyatlar həyata keçiriləcəkdir. Hadrutun azad olunması ilə Şuşaya hərbi yolu açıldı və bir neçə istiqamətlərdə ordumuzun irəliləməsinə şərait yaratdı.

Famil Abbasov –Vətən müharibəsi iştirakçsı

 

44 günlük İkinci Qarabağ müharibəsi Ermənistan ordusunun tamamilə darmadağın edilməsinə gətirib çıxardı

Azərbaycanın parlaq zəfəri ilə nəticələnən Vətən müharibəsində Azərbaycan ordusu döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirir, pərən-pərən düşən düşmən qüvvələri ağır itkilərə məruz qoymuşdur. 44 gün ərzində darmadağın olan Ermənistan ordusunun aqibətini bir çox ermənilər yalnız 10 noyabr bəyanatı – faktiki kapitulyasiya aktı imzalandıqdan sonra anlamağa başladılar. Buna qədər isə erməni xalqı üçün hər şey necə deyərlər “yağ kimi gedirdi”. Çünki ölkənin Müdafiə Nazirliyi bütün reallığa zidd olaraq qələbədən dəm vururdu. Halbuki, Ermənistan ordusu artıq son nəfəsini verirdi. 44 günlük müharibə “yenilməz erməni ordusu”, “erməni ruhu” kimi mifləri zibil qutusuna göndərdi, ancaq Ermənistan tarixinə düşəcək bir “əfsanə”nin doğuluşuna da səbəb oldu. Bu “əfsanə”, bu “fenomen”in adı hər birimiz üçün tanışdır. “Taktiki olaraq geri çəkilmə” yalanıdır. Saxta təbliğat və uydurmalar üzərində qurulan “qüdrətli Ermənistan ordusu”nun məhv edilməsi isə reallığ idi.
Qələbə Müzəffər Azərbaycan ordusunun və xalqının şanlı tarixinə yazılıb. Bu zəfərlə biz Ermənistanın 20 faiz ərazilərimizin 30 illik işğalına son qoyduq. Torpaqlarımızı azad etməklə həm də bütün dünyada yenidən tanındıq, özü də bu dəfə qalib dövlət, qalib xalq kimi. 44 günlük Vətən müharibəsində Azərbaycan dövləti qətiyyətli qələbə qazandı, işğalçını əzəli torpaqlarımızdan “iti qovan kimi qovdu”. Eyni zamanda bütün Azərbaycan xalqı cənab Prezidentimizin ətrafında dəmir yumruq kimi birləşərək sözün əsl mənasında böyük xalq olduğunu, ulu türk millətinin cəsur, qəhrəman bir boyu olduğunu bir daha sübut etdi, misilsiz birlik, həmrəylik nümayiş etdirdi və cəmiyyətimizdə mövcud olan Xalq-Lider-Ordu birliyini daha yüksək səviyyəyə qaldırdı.

Elvin Xəlilov-Əlvənd kənd tam orta məktəbin direktoru

 

Qanunla.Az

image-rek-qanunla-az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki