image-qanunla-reklam
image-emin-emrullayev-yeni

Ali təhsil nə qədər çox şəxsi əhatə edərsə…

image-lady-day-az

Təhsil naziri Emin Əmrullayev ali məktəbləri bitirərək işsiz qalan məzunlarla bağlı məsələyə münasibət bildirib.

Qanunla.Az-ın məlumatına görə, təhsil naziri nəzəriyyəyə əsasən bir qisim insanın daha çox ali təhsil almalı olduğuna inancını xatırladıb.

O qeyd edib ki, ənənəvi sovet dövründən qalma düşüncəyə görə, ali təhsil yalnız yüksək nəticə göstərən adamlar üçün olmalıdır:

“Şəxsən mən düşünürəm ki, ali təhsil nə qədər çox adamı əhatə edirsə, burada ziyan yoxdur. Çünki həmin adam ali təhsil almasa da, əlavə dəyər yaratma imkanı aşağıdır. Ali təhsil ona heç olmasa ali təhsil müəssisəsini görmək, şəbəkə formalaşdırmaq, özü olmasa da, tələbə yoldaşının yaratdığı hər hansı müəssisədə işləmək kimi gələcəyə imkan yaradır. Ona görə də ümumilikdə mütəxəssis olaraq təhsil nöqteyi-nəzərindən ali təhsil sisteminə nə qədər çox insan qəbul olunarsa, bu, olduqca vacib məsələdir. Birinci məsələ keyfiyyət məsələsidir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki