image-970_50
image-cae051c6-1295-3aed-a50a-32418ab0f63a_850

Alman iş adamları Azərbaycandakı sənaye parklarına pul qoymağa dəvət edilib

image-728_90

Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann və Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları İqtisadiyyat Nazirliyinə məxsus Sumqayıt Kimya Sənaye Parkında olublar.

Məlumata görə, qonaqlara ölkəmizdəki sənaye parkları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verilib, alman iş adamları fəal əməkdaşlığa, sənaye parklarına investisiya yatırmağa dəvət edilib. Nümayəndə heyəti “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi barədə də məlumatlandırılıb.

Görüşdə sənaye parklarının və Peşə Təhsil Mərkəzinin fəaliyyətini əks etdirən təqdimat nümayiş etdirilib.

Sonra nümayəndə heyəti Peşə Təhsil Mərkəzi, həmçinin tələbələrin təcrübi dərslər keçdiyi Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azertexnolayn” MMC-nin Polad boru və Texniki avadanlıqlar zavodu ilə tanış olublar.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki