image-qanunla-reklam
image-1719690934-82-pic_32ratio_900x600-900x600-60651

Almaniya millisi 1/4 finala yüksəldi

image-lady-day-az

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında 1/4 finalın daha bir iştirakçısı bəlli olub.

Qanunla.Az xəbər verir ki, 1/8 finalda Danimarka millisinə 2 cavabsız qolla qalib gələn ev sahibi ölkənin yığması növbəti mərhələyə adlayıb.

Matçda hər iki qol ikinci hissədə vurulub. 53-cü dəqiqədə Kay Haverts penaltini dəqiq yerinə yetirib. 68-ci dəqiqədə isə Camal Musiala rəqib qapıçı ilə üzbəüz dueldən qalib ayrılıb.

Almaniya millisi 1/4 finalda İspaniya – Gürcüstan cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl İsveçrə yığması İtaliyanı 2:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki