image-qanunla-reklam
image-dmitri-kuleba

Almaniyanın bu addımını xatırlayacağıq – Kuleba

image-lady-day-az

Almaniyanın Kiyevə silah satmaq istəməməsi Ukraynanı məyus edir.

Qanunla.az xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba deyib.

“Almaniyanın Ukraynaya müdafiə silahlarının tədarükünə razılıq verməkdən imtina etməsi bizi məyus edir. Təəssüf ki, ukraynalılar bunu onilliklər boyu xatırlayacaqlar və xarici işlər naziri kimi mənim üçün bu, çox kədərlidir”, – Kuleba bildirib.

Qeyd edək ki, Almaniya xarici işlər naziri Annalena Berbok ölkənin ənənəvi olaraq münaqişə bölgələrinə silah verməkdən çəkindiyini bildirmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki