image-qanunla-reklam
image-271716679_656650248843397_2108097026778461121_n

“Amazon”dan sifariş üçün ən yararsız əşyalar hansılardır?

image-lady-day-az

“Amazon” əməkdaşı onlayn platformadan sifariş üçün yararsız məhsulları açıqlayıb.

“TikTok”-da yayımlanan video istifadəçilərin diqqətini çəkib.

Videoda Raci Alur onlayn mağazanın anbarında sifarişləri yerləşdirməklə məşğul olduğunu izah edib. Onun sözlərinə görə, bir çox işçi məhsulları müştərilərə göndərməzdən əvvəl onları məqsədli şəkildə korlayır. Bu səbəbdən də qadın istifadəçilərə şampun, silikon qab-qacaq, içki və açılan paketlərdə olan məhsulları almaqdan çəkinməyi tövsiyə edib. Bunun əvəzinə o, oxşar malları supermarketlərdən almağı məsləhət görüb.

Bloqerin videosu internetdə yayılaraq 430,4 min baxış və 40,3 min bəyənmə toplayıb. İstifadəçilər bloqerin sözlərini təsdiqləyib və “Amazon”dakı mənfi alış-veriş təcrübələrini paylaşıblar.

“Şampunlar və losyonlar həmişə dağılmış halda gəlir. Düşünürəm ki, onlar  göndərilməzdən əvvəl hansısa şəkildə zədələnirlər”, “Amazondan yemək almayın. Həmişə tozlu və çirkli olur”, “Mən bir Amazon çatdırılma sürücüsü kimi sizi oradan su və it yemi almamağa çağırıram”, – deyə şərhlərdə yazılıb.

Mənbə: lenta.ru


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki