Abşeronda dəm qazından zəhərlənmə hadisəsi baş verib.
Qanunla.Az xəbər verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb. 1995-ci il təvəllüdlü Zəhraxanim Azər qızı Mahmudova və 3 yaşlı övladı Lalə Toğrul qızı Mahmudova yaşadıqları evdə dəm qazından zəhərləniblər.
Zərərçəkənlər təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.