Zaqatalada ana və azyaşlı qızı dəm qazından zəhərlənib.
“Qanunla.az”ın məlumatına görə, hadisə noyabrın 11-dən 12-ə keçən gecə Zaqatala şəhəri ərazisində baş verib.
Zaqatala rayon sakinləri olan 1996-cı il təvəllüdlü Nuranə Nemət qızı Əhmədli və onun azyaşlı övladı 2015-ci il təvəllüdlü Damla Hucay qızı Həmidova zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.
Müayinə zamanı ana və azyaşlı övladının yaşadığı ünvanda qaz sobasından ayrılan dəm qazından zəhərləndiyi məlum olub. Həkim müdaxiləsindən sonra onların vəziyyəti stabilləşib.
Faktla bağlı araşdırma aparılır.