İşğaldan azad edilmiş Ağdam rayonunun Sarıcalı kəndi ərazisində dekabrın 26-da Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1982-ci il təvəllüdlü Zaur Eldar oğlu Mahmudov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.
Bu barədə Qanunla.Az-a ANAMA-dan bildirilib.
O, hadisə yerindən təxliyyə edilərək, rayon xəstəxanasına çatdırılır. Vəziyyəti qənaətbəxşdir.