“Kitabxanaların elektronlaşdırılması ümdə vəzifələrimizdən biridir. Rəqəmsallaşma maksiumum tezləşdirilməlidir”.
Bu fikirləri mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, kitabxanalar ənənəvi formada aktuallığını itirir.