image-qanunla-reklam
image-img_20210707_212855

Anar Məmmədov: Şuşa Bəyannaməsi region üçün yeni tarixi gerçəklik deməkdir

image-lady-day-az

“İkinci Qarabağ müharibəsindəki hərbi-siyasi qələbə ilə Azərbaycan bölgədəki statusunu daha da möhkəmləndirdi. İndi qalib ölkə kimi Azərbaycan oyun qaydalarını özü müəyyənləşdirir, tərəfdaşlarına, müttəfiqlərinə əməkdaşlıq təkliflərini açıq şəkildə bildirir. Qarabağın düşmən tapdağından təmizlənməsindən sonra regionda yaranan qarşılıqlı faydalı əməkdaşlıq imkanları çoxşaxəli münasibətlərin daha dinamik inkişafına xidmət göstərir.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasınra Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov bildirib ki, Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Şuşada imzalanmış Bəyannamə, eləcə də Türkiyə Respublikasının Şuşada baş konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır: “Bu imkanlar həm Şuşaya qayıdacaq şuşalılar, həm ətraf rayonların sakinləri, həm də Qarabağda yaşayan ermənilər üçün firavan gələcək vəd edir. Ümumi maraqların qorunmasında hər iki ölkənin siyasi, iqtisadi, müdafiə, mədəni, humanitar, səhiyyə, təhsil, sosial, gənclər və idman sahələrindəki imkan və potensiallarının birləşdirilməsini ehtiva edən sənəd ölkələrin gələcək inkişafına və xalqların rifahına təminat verir. Beləliklə, Şuşa Bəyannaməsi hər şeydən öncə iki qardaş ölkə arasında münasibətlərin gələcəyini müəyyən edən yol xəritəsi kimi də tarixə düşəcək. İki qardaş ölkənin bütün həyati əhəmiyyətli məsələləri ilə bağlı müddəaların əksini tapdığı Bəyannamə regional təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyətə malikdir. Bundan sonra Azərbaycana qarşı istənilən təxribatın, hücumun qarşısında iki qardaşın əzmi görünəcək. Yəni Azərbaycanın hər hansısa bir ərazisinə hücum edən qüvvənin başına iki dəmir yumruq dəyəcək. Bəyannamənin Azərbaycan və Türkiyə ilə yanaşı Ermənistan üçün də üstün cəhətləri var. Belə ki, Bəyannamə ilə birgə erməni əsilli Azərbaycan vətəndaşları Qarabağa inteqrasiya və bölgədə aparılan quruculuq, abadlıq işlərindən yararlanmaq imkanları qazanacaqlar. Aydındır ki, ruslara güvənmək Ermənistana heç nə vəd etmir. Çünki, onlar bölgədə davamlı deyil. Bir müddət sonra məcbur olub gedəcəklər. Türkiyə isə daima bölgədə əsas güc mərkəzlərindən biri kimi təmsil olunacaq. Türkiyənin timsalında NATO da bolgədə olacaq. Bu isə təbii ki, Rusiyanın təsirinin azalmasına yol açacaq.”

Deputat qeyd edib ki, Bəyannamə həmçinin dünyanın fövqəlgüc dövlətlərinin Azərbaycan həqiqətlərini qəbul etməsi deməkdir: “Müharibə dövründə ABŞ Dövlət Departamentinin və Senatının bəzi ermənipərəst üzvlərinin xəyalları, ölkəmizə qarşı cəhdləri heç bir fayda vermədi. Bununla yanaşı, Avropa Birliyinin Fransa kimi bir neçə üzvü istisna olmaqla AB də bitərəf mövqedə dayandı. Bu da erməni cəmiyyətinin gözləntilərini heçə endirdi. Beləliklə, hazırda Ermənistan nə ABŞ-dan, nə AB-dən, nə də Rusiyadan mədət gözləyə bilməz. Onların öz varlıqlarını davam etdirməyinin tək yolu Azərbaycanla münasibətlərini tənzimləmək və sülhə hazırlıq görməkdir. Əks təqdirdə olacaqlar ən çox erməni cəmiyyətini qorxutmalıdır.”

A.Məmmədov vurğulayıb ki, Ermənistan özünü heç olmasa, bundan sonra normal, sivil qonşu kimi apararsa, nəinki itirər, əksinə, qazana bilər: “Artıq neçənci dəfədir ki, Azərbaycanın humanist Prezidenti düşmən ölkənin düşdüyü acınacaqlı durumdan, iqtisadi bataqlıqdan qurtuluş yollarını göstərir. Bu da bir daha onu deməyə əsas verir ki, İlham Əliyev nəinki Azərbaycanın, hətta qonşu və tərəfdaş ölkələrin də iqtisadiyyatının inkişafına kömək etmək üçün təşəbbüslər irəli sürür. Göründüyü kimi, İlham Əliyev bu gün postmüharibə dövrünün reallıqlarını ortaya qoyur və yeni hədəfləri, inkişaf istiqamətlərini müəyyənləşdirir. Qardaş Türkiyə Respublikası ilə imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın yüksəlişi, daha da qüdrətlənməsi üçün əlverişli imkanlar açdı və region üçün yeni tarixi gerçəklik deməkdir.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki