image-qanunla-reklam
image-a_nikiforov-1

Anatoli Nikiforov: “Ermənistanın başqa hansı perspektivi var? Dövlətçiliyin itirilməsi” – MÜSAHİBƏ

image-lady-day-az

 

Hər hansı bir təşkilatdan və ya birlikdən çıxmağı Ermənistan üçün fəlakətli nəticələrə gətirib çıxaracaq.

Bu barədə Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin ekspert şurasının üzvü, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının ekspert-analitiki, psixologiya elmləri namizədi Anatoli Nikiforov Ermənistanın ötənilki müharibədə məğlubiyyətdən sonra KTMT-dən, Aİİ-dən və hətta MDB-dən də çıxmaqla bağlı müzakirələri ilə bağlı şərh verərkən bildirib.

“Mən başa düşürəm ki, onlar məsələn, KTMT-dən inciyiblər. Amma Qarabağ Ermənistanın deyil, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir. KTMT-nin müdaxiləsi üçün heç bir səbəb yox idi”, – deyə o, əlavə edib.

Ekspert bildirib ki, kollektiv müqavilələr olmadan Ermənistanın beynəlxalq birliyin hörmətli üzvünə, hansısa çəkisi olan ölkəyə çevrilə biləcəyini düşünmür.

“İrəvanın başqa hansı perspektivi var? Dövlətçiliyini itirməsi. Amma Ermənistanda indi təcrübəsi olan, buna görə də az-çox yola gələn Nikol Paşinyan var. Hərçənd ki, onun vəziyyəti də çətindir”, – deyə Nikiforov sözlərini yekunlaşdırıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki