image-970_50
image-ankara-azerbaycan_evi

Ankarada Azərbaycan Evi… – İddialara aydınlıq gətirildi

image-728_90

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu 1997-ci ildə ulu öndər Heydər Əliyevin təklifi və Bilkent Universitetinin qurucusu, professor İhsan Doğramacının təşəbbüsü ilə yaradılıb. Fondun Nizamnaməsində təşkilatın nəzdində Mədəniyyət Evi və Tədqiqat Mərkəzinin açılması barədə maddə olsa da, indiyədək bu işlər həyata keçirilməmişdi.

Qanunla.Az xəbər verir ki, bunu Report-a açıqlamasında Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, Ankarada yeni fəaliyyətə başlayan Azərbaycan Evinin rəhbəri, professor Aygün Attar deyib.

Azərbaycan Evi ilə bağlı iddialara münasibət bildirən təşkilat rəhbəri vurğulayıb ki, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu 2019-cu ilə qədər fəaliyyətini ümummilli lider Heydər Əliyevin açılışını etdiyi binada deyil, Bilkent Universitetinin rektorluğundakı fərqli bir ofisdə davam etdirib:

“Həmin il Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi fondun yerləşdiyi binanın təmir etdirərək istifadəyə verib. Əlimizdə fondun Dövlət Komitəsi tərəfindən təmir edilməzdən əvvəlki durumunu göstərən fotolar var. Diasporla İş üzrə Dövlət Komitəsi ulu öndərin mənəvi irsi olan və illərdir istifadə olunmayan binanı təmir etdirərək diasporumuzun ixtiyarına verib. Dövlət Komitəsinin dəstəyi ilə burada Azərbaycan Evinin açılmasına qərar verilib. Bu da fondumuzun Nizamnaməsindən irəli gələn məsələdir.

Ötən il İdarə Heyəti tərəfindən qəbul edilən qərara uyğun olaraq, iyunun 28-də Ankarada Azərbaycan Evinin rəsmi açılışı oldu. Azərbaycan Evinin bütün ehtiyacları Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən ödənilir. Azərbaycan və Türkiyənin dövlət maraqları baxımından işlərin reallaşdırılması üçün burada kitabxana və konfrans zalı kimi zəruri infrastruktur yaradılıb.

Azərbaycan Evinin nəzdində Qarabağ Araşdırmaları və Şuşa Konqres Mərkəzi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılıb. Dövlətimizin siyasətini xaricdə yaşayan soydaşlarımızla birlikdə həyata keçirən Dövlət Komitəsinə ölkənin xeyrinə və dövlətin maraqları üçün son dərəcə vacib olan bu gözəl fəaliyyətə görə təşəkkür etməliyik”.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki