Ankara Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edir.
Qanunla.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.
“Biz Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləməyə davam edirik. 2022-ci ildə ölkəmizin vasitəçiliyi ilə imzalanmış taxıl sazişi sayəsində dövriyyəyə 33 milyon tondan çox taxıl daxil olub”, – o bildirib.
Nazir vurğulayıb ki, Türkiyə Qara dənizdə gəmiçiliyin təmin olunması ilə bağlı Rusiya və Ukrayna ilə danışıqları davam etdirir.
Fidan həmçinin qeyd edib ki, Türkiyə hakimiyyəti Ukrayna ilə bağlı sülh gündəmini irəlilətməyə çalışır və bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləməyə hazırdır.