image-qanunla-reklam
image-fotojet-2021-10-18t112512-309

Antisanitar vəziyyətdə fəaliyyət göstərən çörək sexinin rəhbərliyi məsuliyyətə cəlb olundu

image-lady-day-az

Şəki regional bölməsinin əməkdaşları tərəfindən Zaqatala şəhəri, C.Cabbarlı küçəsi, ev 12 ünvanında yerləşən, Layıcova Könül Məhəmməd qızına məxsus çörək istehsalı müəssisəsində yoxlama keçirilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı müəssisədə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.

Belə ki, müəssisənin xammal anbarına baxış zamanı zərərvericilərin izlərinə rast gəlindiyi, istehsal sahəsində döşəmənin tamlığının pozulduğu, divar və tavanın, elektrik sobasının divar və qapaqlarının sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı müəyyən edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki