image-qanunla-reklam
image-quterresh

Antonio Quterreş Rusiyaya gəlir

image-lady-day-az

BMT-nin Baş katibi Antonio Quterreş BRİKS sammitində iştirak edəcək.

Qanunla.Az xəbər verir ki, bu barədə BRİKS-in Rusiyadakı İnformasiya ofisinin rəhbəri Vladimir Kuznetsov bildirib.

“BMT Baş katibi Antonio Quterreş BRİKS sammitində dəvət olunmuş şəxs qismində iştirak edəcək. Biz gözləyirik ki, sammitdə 2030-cu il davamlı inkişaf gündəliyinin bütün məqsədlərinə nail olmaq və planetimizdə həyatı təhlükəsiz və firavan etmək üçün mühüm razılaşmalar əldə olunacaq”, – deyə Kuznetsov bildirib.

Xatırladaq ki, BRİKS-in növbəti sammiti bu il oktyabrın 22-24-də Rusiyanın Kazan şəhərində keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki