image-2000_150
image-970_50
image-yenigundem_05fb223e84c3c163f08e90194b7bb3bf_igthje0ca3sy5pq7mxof-620x460backend

Aprel qazisi evində ziyarət olundu

image-728_90

96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun göstəriş və tapşırıqları əsasında Goranboy rayonu və Naftalan şəhərində şəhid ailələri və qazilərin ziyarəti davam etdirilir.

Bu gün Aprel döyüşlərinin beşinci ildönümü münasibətilə Goranboy rayonu Qaradağlı kənd sakini, Aprel qazisi İlham Əliyev evində ziyarət olunub. İlk öncə deputatın köməkçisi Elçin Cahangirov qazi İlham Əliyev və onun ailə üzvlərinə Anar Məmmədovun adından salamlarını çatdırıb, onları Şanlı Qələbə münasibəti ilə təbrik edib, daha sonra qazimizin ailəsinin qayğıları ilə  maraqlanıb.

Şanlı Aprel döyüşləri düşmənə Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, xalqımızın birliyini və torpaqlarımızın qaytarılması ilə bağlı qətiyyətimizi ən yüksək səviyyədə göstərərək, İkinci Qarabağ müharibəsində qazanılan böyük Zəfərin başlanğıcı oldu deyə Elçn Cahangirov vurğulayıb. Onun sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun döyüşlər zamanı göstərdiyi şücaət və iradə Ermənistan ordusunu sarsıdaraq düşməni birdəfəlik geri çəkilməyə məcbur etdi.

Daha sonra İlham Əliyev keçdiyi döyüş yolundan söz açıb, xatirələrini bölüşüb. Eyni zamanda, göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edən qazi bundan sonra da torpaqlarımızın müdafiəsi naminə Ali Baş Komandanın ətrafında sıx birləşəcəyini  bildirib.

image-728_90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki