Sabirabadda arvadını xüsusi amansızlıqla öldürməyə cəhd etməkdə təqsirləndirilən Rəşad Rüstəmovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Qanunla.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Cavid Səfərlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Hadisə ötən il dekabr ayının 26-da Sabirabad rayonun Qalağayın kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, aralarında yaranmış mübahisə zamanı F.Rüstəmova əri R.Rüstəmov tərəfindən bıçaqlanaraq xəsarət alıb.
R.Rüstəmovun polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin xüsusi amansızlıqla öldürməyə cəhd maddəsi ilə ittiham irəli sürülüb.