image-qanunla-reklam
image-3cbce3d4-2fa8-4fbd-b3c5-9e22414f2a5e_850

ASCO “ADY Konteyner”lə yeni əməkdaşlıq müqaviləsi imzalayıb

image-lady-day-az

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi – “ADY Konteyner” MMC ilə fider daşımalarla bağlı yeni əməkdaşlıq müqaviləsi imzalayıb.

Bu barədə Qanunla.az-a ASCO-dan məlumat verilib.

Müqaviləyə əsasən, ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus “Şair Sabir” quru yük gəmisi ilə Ələt-Türkmənbaşı-Ələt limanları arasında konteyner yükü daşınacaq. Gəmi eyni vaxtda 225 ədəd 20 futluq konteyner daşımaq gücünə malikdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki