İstanbulda gündüz saatlarında dəhşətli  cinayət hadisəsi baş verib. 

Qanunla.Az haberler.com-a istinadən xəbər verir ki,  Bəyoğlu ərazisində qudalar arasında düşən dava ölümlə  nəticələnib. Belə  ki, qızının əri tərəfindən döyülmə xəbərini  eşidən ata,onların evinə yollanıb.

Məhəllədə  çoxlu adam görüncə  ata narahat olub. O, qızının kürəkəni tərəfindən küçədə döyüldüyünü  görüb. Bu zaman Mürsəl Ağrı qızını kürəkənin əlindən alıb və  onunla mübahisə  etməuyə  başlayıb. Əraziyə  oğlanın qohumları gəlib. Qohumlar  qayınata  və  kürəkən arasında yaranan  mübahisəni sakitləşdirmək əvəzinə, müdaxilə ediblər. Nəticədə  onlar arasında  dava yaranıb.

Qohumların gəlinin atasını  döyməyə  başlayıblar.  Lakin Mürsəl Ağrı  üzərində daşıdığı  silahla  bir-bir onları güllələyib. Hadisə  nəticəsində kürəkən, quda, kürəkəninin əmisioğlu və yaxın qohumu yerindəcə  keçinib.  Cinayət  anı anbaan  kameralara  əks  olunub. Əraziyə  polis  və  təcili tibbi  yardım briqadası  cəlb olunub. Şəxslərin cəsədləri  tibbi ekspertizaya  göndərilib.  Mürsəl Ağrı  isə polis tərəfindən saxlanılıb.

O, polislərə  açıqlamasında, “Ölməmək üçün öldürdüm”, -deyərək,  cinayəti bu səbəbdən törətdiyini  etiraf edib.  Polis  araşdırmalara başlayıb.  Qayınatanın işi isə  məhkəməyə  göndərilib.