image-qanunla-reklam
image-1633331912_1633253486_243668841_1267292147117096_8231235849386388038_n

“Atam türk dünyasının qəhrəmanıdır, o, həmişə xatırlanır…” – Əliyar Əliyevin oğlu…

image-lady-day-az
Xəbər verdiyimiz dünən Milli Qəhrəman Əliyar Əliyevin vəfatından daha bir il ötdü. Amma bu dəfəki ildönümündə ailəsi onun məzarını ziyarət də bildi, çünki Qubadlıyla birlikdə Əliyar Əliyevin məzarı da öz azadlığına, yaxınlarına qovuşdu.
Qanunla.Az-a açıqlamasında Milli Qəhrəmanın oğlu, ehtiyatda olan zabit Emin Əliyev dünən atasının məzarını ziyarət etdiklərini bildirib:
“Dünən Qubadlıya gedib atamın məzarını ziyarət etdik. Allah Ali Baş Komandanımızın, müzəffər ordumuzun canın sağ eləsin. Cənab Prezidentin əmri altında bir yumruq kimi birləşib irəli komandasını doğru-düzgün icra edərək torpaqlarımızı işğaldan azad elədilər. Ona görə təşəkkür edirəm. Hər birinə minnətdaram. Əliyar Əliyev də türk dünyasının qəhrəmanıdır, onun haqqında artıq hər şey deyilib və bundan sonra da deyiləcək. O, həmişə anılır, xatırlanır. Haqqında kitablar yazılır, filmlər çəkilir. Həm də ki, o, yeganə hərbçilərimizdən biridir ki, onun uğurlu əməliyyatına görə Ermənistanda üç gün matəm elan olunub”.
Saytımıza açıqlamasında Milli Qəhrəmanın qardaşı Rüzgar Əliyev də öz təəssüratlarını bizimlə bölüşüb:
“Dünən övladları Əliyarı ziyarətə getdilər. Mənim isə Hacıqabulda maşınım xarab olduğu üçün geri qayıtdım. Sumqayıtda isə futbol turniri keçirilirdi deyə mən ora getdim. Bu gün şükür Allaha ki, onun məzarı da işğaldan azad edildi. Həmişə yuxularımda Əliyarın uşaqlıq çağlarını görürəm. Torpaqlarımız işğalda olanda daha çox darıxırdım, amma Vətən müharibəsində torpaqlarımız işğaldan azad edilədən sonra iki dəfə Əliyarın məzarını ziyarət etmişəm. Ziyarət edəndən sonra bir az özümdə rahatlıq tapmışam. Amma Əliyar hər gün yadımdadır”.
R.Əliyev də Qubadlıya qayıdıb ömrünün bundan sonrakı illərini orda yaşamağı düşündüyünü bildirib:
“Mən 1967-ci ildən Bakıda yaşayıram. Amma buna baxmayaraq icazə versələr, istəyirəm ki, ömrümün bundan sonrakı illərini gedib öz kəndimdə yaşayam. Mən məcburi köçkün hesab olunmuram, çünki əvvəl gəlmişəm. Buna baxmayaraq qayıdış vaxtı mən də istəyirəm ki, Qubadlıya qayıdım. Bu haqda icra başçısının müaviniylə də söhbət etmişəm və onlar da mənə yer verəcəklərinə söz veriblər”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki